Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.01.2025 | 10:28 | Baxılıb: 2506
ABŞ Prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp noyabrın 12-si Ermənistana səfər edəcək.

“gece.ws” xəbər verir ki, bu barədə “Past” nəşri məlumat yayıb.

Bildirilib ki, səfərin əsas məqsədi biznes maraqları və hakimiyyət dairələrinin müxtəlif nümayəndələri ilə görüşlərdir.

Ehtimal olunur ki, səfəri Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan təşkil edib.

D.Trampın ölkənin Baş naziri Nikol Paşinyanla görüşüb-görüşməyəcəyi isə hələlik məlum deyil.

Qeyd edək ki, kiçik Tramp sahibkardır. O, bacısı İvanka Tramp və qardaşı Erik Tramp ilə birlikdə atasının şirkətində çalışır, icraçı vitse-prezident vəzifəsini tutur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.