“gece.ws” “The Guardina”a istinadən xəbər verir ki, ABŞ liderinin səfəri ərəfəsində Vindzor üzərində dron uçurmaqda şübhəli bilininən 37 yaşlı kişi həbs olunub.
Agentliyin məlumatına görə, başqa bir şəxs də Vindzor qəsri yaxınlığındakı Datçet kəndində dron idarə edirmiş.
Sözügedən şəxslər təhlükəsizlik tədbirləri səbəbilə həbs olunublar.
Qeyd edək ki, Britaniya Kralı III Çarlzın yaxın saatlarda Tramp və xanımını Vindzor qəsrində qəbul edəcəyi gözlənilir.