
“gece.ws” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının terrorla mübarizə üzrə baş direktoru Sebastian Qorka “New York Post” qəzetinə müsahibəsində deyib.
O, ABŞ Prezidenti Donald Trumpın Vitse-prezident Ceyms Devid Vens üçün xüsusi təlimatlar saxladığını açıqlayıb.
Qorka bildirib ki, Trampın iş masasındakı siyirmədə vitse-prezidentə ünvanlanmış məktub mövcuddur.
Onun sözlərinə görə, ABŞ administrasiyasında mümkün fövqəladə hallar üçün xüsusi protokollar hazırlanıb.
“Bizim protokollarımız var. Təfərrüatı açıqlaya bilmərəm, amma belə hallar üçün müəyyən qaydalar mövcuddur”, – Ağ Ev rəsmisi qeyd edib.
Qorka əlavə edib ki, Trampın təhlükəsizliyi yüksək səviyyədə qorunur və onun həyatına yönələn mümkün təhdidlərə qarşı xüsusi tədbirlər görülür.