
“gece.ws” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bildirib.
Onun sözlərinə görə, tədqiqat və hazırlıq mərhələləri artıq tamamlanmaq üzrədir.
“Əminəm ki, 2026-cı ilin ikinci yarısında, payıza və ya qışa yaxın biz artıq tikinti işləri mərhələsinə keçəcəyik”, - Xudatyan qeyd edib.
Xatırladaq ki, iyunun 6-da ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsi üzrə çərçivə sazişini imzalayıblar.