Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.09.2026 | 23:49 | Baxılıb: 1444
ABŞ Dövlət Departamenti Prezident Donald Trampın “Beynəlxalq Sülh və Rifaha Doğru Yolu” (TRIPP) layihəsi ilə bağlı mühüm açıqlamalar verib.

“gece.ws” “Armenpress”ə istinadən xəbər verir ki, departamentin sözçüsü bu təşəbbüsün Cənubi Qafqazda sülh və iqtisadi dirçəliş üçün Vaşinqtonun əsas prioriteti olduğunu vurğulayıb.

Bildirilib ki, layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək multimodal nəqliyyat mərkəzinin yaradılmasını nəzərdə tutur.

Xüsusi vurğulanıb ki, 13 yanvar 2026-cı ildə ABŞ və Ermənistan tərəfindən birgə dərc olunan “İcra Çərçivəsi” sənədi TRIPP-nin fəaliyyəti üçün aydın yol xəritəsini müəyyən edir. Bu sənəd 2025-ci ilin avqustunda razılaşdırılmış suverenlik və qarşılıqlılıq prinsiplərinə əsaslanır.

Dövlət Departamentinin rəsmisi yekun olaraq bildirib ki, layihənin əsas hədəfi regionun iqtisadi potensialını açmaq və ABŞ-nin ticarət imkanlarını genişləndirməkdir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.