Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.18.2026 | 11:29 | Baxılıb: 1399
ABŞ-nin Nevada ştatının məhkəməsi 1996-cı ildə amerikalı reper Tupak Şakurun öldürülməsinin təşkilində ittiham olunan “South Side Compton Crips” qruplaşmasının keçmiş başçısı Dueyn Kit Deyvisin (“Keffe D”) işi üzrə ilk iclasını keçirib. 

“gece.ws” xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

İclasda ittiham tərəfinin nümayəndəsi andlı iclasçılar qarşısında çıxışı zamanı bildirib ki, təqsirləndirilən şəxs tətiyi şəxsən sıxmasa da, qardaşı oğlunun döyülməsinə cavab olaraq atışmanı planlaşdırıb. Deyvis özü isə təqsirli olmadığını iddia edir. Məhkəmə prosesinin təxminən 1 ay davam edəcəyi gözlənilir. Təqsiri sübut olunacağı təqdirdə, 63 yaşlı qanqster ömürlük həbs cəzasına məhkum edilə bilər.

Xatırladaq ki, 7 sentyabr 1996-cı ildə Las-Veqasda naməlum şəxslər 25 yaşlı reper Tupak Şakurun olduğu avtomobili atəşə tutublar. Şakur aldığı yaralardan sentyabrın 13-də vəfat edib. 2023-cü ildə Deyvisin evində aparılmış axtarışlar zamanı bir neçə kompüter, fotoşəkillərlə dolu qutular və Şakurla əlaqəli materiallar müsadirə edilib. “South Side Compton Crips” qruplaşmasının keçmiş başçısı həmin ilin sonunda həbs olunub. Saxlanıldıqdan sonra Deyvis Tupakın öldürülməsini P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsun sifariş verdiyini iddia edib. Hazırda P. Diddi insan alveri və müxtəlif ağır cinayətlərdə ittiham olunaraq həbsdədir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.