Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.20.2026 | 22:18 | Baxılıb: 1733
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”la yoldaşlıq görüşündən sonra açıqlama verib.

“gece.ws” xəbər verir ki, o, “Turan-Tovuz”un cəzalandırılmasından sonra Konfrans Liqasına getməsindən danışıb.

Rəşad Sadıqov bu məsələdə “Zirə”ni qınayanlara da cavab verib:

“Yox, qəti üzərimizdə təzyiq yaratmır. Bizim də etirazımız var. Daha yaxşı olardı ki, biz bunu erkən bilək. Bu gün “Sumqayıt” komandası da, “Araz- Naxçıvan” da etiraz etməlidir. Halbuki onlar daha erkən bilsəydilər, bəlkə də yarışdan daha tez qopmazdılar. Və yaxud biz də ola bilərdi ki, 3-cü, 4-cü yeri itirdikrən sonra 5-ci yer uğrunda mübarizə aparardıq. Azərbaycan azarkeşi olaraq, futbol azarkeşi olaraq hamımız üzüldük. Xüsusilə də neçə illərdir istəyirdik ki, “Turan-Tovuz” çempionata dönsün, Avrokubokda çıxış etsin, 32 illik həsrət var idi. “Turan Tovuz adına çox sevinmişdim ki, bu il Avrokubokda çıxış edəcək. Üzgünük, amma 7 il əvvəl qəbul olunan qərardır”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.