Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.17.2026 | 20:41 | Baxılıb: 2093
Futbol üzrə Azərbaycan Premyer Liqasında 28-ci tura start verilib.

“gece.ws” xəbər verir ki, turun açılış oyununda “Turan Tovuz” Sumqayıtda “Araz-Naxçıvan”ın qonağı olub.

Görüş Tovuz təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 55-ə çatdıran tovuzlular 3-cü pillədəki mövqeyini möhkəmlədib. Qərb təmsilçisi ən yaxın izləyicisi “Zirə”ni 10 xal qabaqlayır. “Araz-Naxçıvan” isə 39 xalla 6-cı sırada qalıb.

Qeyd edək ki, 28-ci tura aprelin 19-da yekun vurulacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.