
“gece.ws” “TRT Haber”ə istinadən xəbər verir ki, MİT Ankara Baş Prokurorluğu və Ankara Terrorla Mübarizə Şöbə Müdirliyinin “xüsusi qrupları”nın birgə apardığı istintaq çərçivəsində 4 vilayətdə eyni vaxtda keçirilən əməliyyatda aralarında casusluq şəbəkəsinin rəhbəri B.E.-nin də olduğu 7 nəfər istintaqa cəlb edilib.
Şəbəkə üzvlərindən ikisinin artıq başqa cinayətlərə görə həbsdə olduğu öyrənilib. 7 nəfər casusluq ittihamı ilə həbs edilərək ədliyyə orqanlarına təhvil verilib.