Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.07.2026 | 10:43 | Baxılıb: 3206
Türkiyə-Ermənistan danışıqlarında tərcüməçi kimi iştirak edən Gevorg Kaloşyan qəfil vəfat edib.

“gece.ws” xəbər verir ki, bu barədə Ermənistanın “ArmLur” portalı məlumat yayıb. 

Onun ürəktutmadan vəfat etdiyi qeyd olunub. 

Gevorg Kaloşyan son zamanlar demək olar ki, Türkiyə və Ermənistan arasında baş tutan bütün danışıqlarda Ermənistan tərəfinin tərcüməçisi olub. Onun cəmi 1 gün öncə Gümrü-Qars dəmir yolunun bərpası və işə salınması üzrə işçi görüşündə iştirak etdiyi bildirilir. 

Kaloşyanın qəfil vəfatı Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi ilə yaxından tanış olan birinin ölümü kimi Ermənistan mediasında geniş rezonans doğurub. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.