Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.02.2026 | 11:24 | Baxılıb: 2179
Türkiyə-İran sərhədindəki 3 gömrük-keçid məntəqəsində gündəlik sərnişin daşımaları qarşılıqlı olaraq dayandırılıb.

“gece.ws” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin ticarət naziri Ömər Bolat açıqlama verib. 

“Türkiyə-İran sərhədində yerləşən Ağrı-Gürbulak, Van-Kapıköy və Hakkari-Esendere gömrük-keçid məntəqələrində fövqəladə vəziyyətdən söhbət gedə bilməz. İran öz vətəndaşlarının Türkiyə üzərindən ölkə ərazisinə daxil olmasına icazə verir. Türkiyə olaraq biz də vətəndaşlarımızın və üçüncü ölkə vətəndaşlarının İrandan ölkəmizə daxil olmasına icazə veririk”, - Ö.Bolat deyib.

Bununla belə, nazir hər üç gömrük keçid məntəqəsi vasitəsilə kommersiya yüklərinin keçidinin nəzarətli şəkildə davam etdiyini qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.