“gece.ws” “TRT Haber”ə istinadən xəbər verir ki, iclasda çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə və İsrail arasında əlaqələrin hazırkı vəziyyətindən danışıb.
O, ölkəsinin İsraillə ticarət əlaqələrini kəsdiyini vurğulayıb: “İsraillə ticarətimizi tamamilə kəsmişik. Türkiyə gəmilərinin İsrail limanlarına getməsinə, İsrail təyyarələrinin isə hava məkanımıza daxil olmasına icazə vermirik”.