Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.21.2026 | 19:19 | Baxılıb: 877
Türkiyə Ədliyyə Nazirliyi İsrailin Baş naziri Benyamin Netanyahunun bəşəriyyətə qarşı cinayətlər və soyqırım ittihamı ilə beynəlxalq axtarışa verilməsi tələbi ilə ölkənin Daxili İşlər və Xarici İşlər nazirliklərinə müraciət edib.

“gece.ws” xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek məlumat yayıb.

“Netanyahuya qarşı soyqırımı ittihamı ilə 14 iyul 2026-cı il tarixində verilmiş həbs qətimkan tədbiri qərarlarına uyğun olaraq, Ədliyyə Nazirliyi Daxili İşlər Nazirliyindən qırmızı bülletenlə beynəlxalq axtarış elan olunmasını xahiş edib, müvafiq sənədlər həmçinin Xarici İşlər Nazirliyinə ünvanlanıb”, – dərc olunan rəsmi bəyanatda qeyd olunub.

Xatırladaq ki, iyul ayında İstanbul 11-ci Ağır Cəza Məhkəməsi “Sumud” humanitar flotiliyası işi üzrə İsrailin Baş nazirini beynəlxalq axtarışa verib. Türkiyə mətbuatının məlumatına görə, Netanyahu qəddarcasına rəftar, bəşəriyyətə qarşı cinayətlər, qəsdən sağlamlığa zərər vurma, azadlıqdan məhrumetmə, qarət və nəqliyyat vasitələrinin qanunsuz saxlanılmasında ittiham olunur. Bu iş üzrə İsrailin daha 34 yüksək rütbəli rəsmisi də təqsirləndirilən şəxs qismində tanınıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.