Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Türkiyədə azarkeş meydana girib futbolçunu bıçaqladı - Video
 
						Türkiyədə azarkeş meydana girib futbolçunu bıçaqladı 
							 - Video
Əlavə olunub: 04.08.2025 | 08:13 | Baxılıb: 3643
Türkiyənin Siirt şəhərində həvəskarlar arasında keçirilən “Kurtalanspor” - “Hakkari Zap Spor” region oyunundan sonra futbolçular arasında dava düşüb.

“gece.ws” “Sabah” nəşrinə istinadən xəbər verir ki, əlbəyaxa mübahisəyə azarkeşlər də qarışıb.

Hadisədə “Hakkari Zap Spor”un futbolçusu azarkeşlərdən biri tərəfindən bıçaqlanıb.

Yaralı futbolçu sağlamlıq qrupları tərəfindən xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Onun həyatı üçün təhlükə olmadığı bildirilib.

Mübahisə polisin müdaxiləsi ilə sonlandırılıb.

Qeyd edək ki, oyun “Kurtalanspor”un 3:1 hesablı qələbəsi ilə bitib.

Görüntüləri təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.