Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.16.2026 | 12:35 | Baxılıb: 1909
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü iddia edilən azərbaycanlı gəlin saxlanılıb.

“gece.ws” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə mübahisə zəminində baş verib.

Belə ki, Artovanın Ağmusa kəndində yaşayan Azərbaycan vətəndaşı 52 yaşlı K.V. və qayınatası 88 yaşlı Mustafa Cici arasında naməlum səbəbdən mübahisə yaranıb. Davaya çevrilən mübahisə nəticəsində gəlin M.Cicini döyərək yerə yıxıb.

Zərbələr alan yaşlı kişi təcili yardım maşını ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.