Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.21.2026 | 13:34 | Baxılıb: 3625
Türkiyənin Diyarbəkir şəhərində dəhşətli cinayət hadisəsi təsadüf nəticəsində baş tutmayıb.

“gece.ws” xəbər verir ki, 28 yaşlı kişi boşandığı keçmiş həyat yoldaşını öldürmək məqsədilə tapançanı onun başına dirəyərək tətiyi çəkib. Lakin həmin an silahda patronun ilişməsi səbəbindən atəş açılmayıb və faciənin qarşısı alınıb.

Bundan sonra qadın keçmiş ərinin növbəti dəfə tətiyi çəkməsinin qarşısını almaq üçün onunla əlbəyaxa olub. Bu vaxt yoldan keçənlərdən biri laqeyd münasibət göstərsə də, digərinin müdaxiləsi nəticəsində qadın qaçaraq canını qurtarıb.

Keçmiş həyat yoldaşını öldürməyə cəhd edən şəxs artıq həbs edilib.

Hadisənin görüntüləri anbaan təhlükəsizlik kameralarına düşüb:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.