Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.15.2026 | 18:51 | Baxılıb: 1323
Türkiyənin Diyarbəkir vilayətinin Lice rayonunda nişan mərasiminə gedən sərnişinləri daşıyan mikroavtobus aşıb.

“gece.ws” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Lice-Kulp avtomobil yolunun Karahasan kəndi ərazisində qeydə alınıb.

Şəxsiyyəti hələ müəyyənləşdirilməyən sürücünün idarə etdiyi mikroavtobus hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Qəza barədə məlumat daxil olduqdan sonra əraziyə 112 Təcili Tibbi Yardım Xidməti, yanğınsöndürənlər və jandarma əməkdaşları göndərilib.

Hadisə nəticəsində 7 nəfər həyatını itirib. Yaralanan 9 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanalara çatdırılıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu qeyd edilib.

Mikroavtobusda olan sərnişinlərin Diyarbəkirdən Muşa nişan mərasiminə getdiyi müəyyənləşdirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.