Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.09.2026 | 15:18 | Baxılıb: 1853
Türkiyənin Sakarya vilayətinin Karasu rayonunda yerləşən çimərlikdə mənşəyi bilinməyən sökülmüş pilotsuz uçuş aparat (PUA) aşkarlanıb.

“gece.ws” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Əziziyyə məhəlləsi ərazisində yerləşən çimərlikdə qeydə alınıb.

Günorta saatlarında sahildə gəzən vətəndaşlar dəniz kənarında hissələrə ayrılmış pilotsuz uçuş aparatını görərək, hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Məlumatdan sonra əraziyə jandarma qrupları cəlb olunub və hadisə yerində təhlükəsizlik tədbirləri görülüb.

Məsələ ilə bağlı araşdırmaya başlanılıb. Ərazidə təhlükəsizlik təmin edilib və hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.