
“gece.ws” xəbər verir ki, gərgin keçən qarşılaşmanın qəhrəmanlarından biri qapıçı Uğurcan Çakır olub.
“Qalatasaray”ın təcrübəli kiperi oyun boyu etdiyi kritik seyvlərlə komandasını qoldan qoruyub.
Xüsusilə matçın ilk hissəsində, 29-cu dəqiqədə Kosovo millisinin hücumçusu Fisnik Asllaninin doqquzluğa gedən kəskin zərbəsini Uğurcan möhtəşəm reaksiya ilə kənarlaşdırıb.
Xatırladaq ki, görüşdə yeganə qolu 53-cü dəqiqədə Kərəm Aktürkoğlu vurub. Bu qələbə ilə Türkiyə millisi 2002-ci ildən sonra ilk dəfə Dünya Çempionatında iştirak hüququ qazanıb. Vincenzo Montellanın yetirmələri DÇ-2026-nın qrup mərhələsində ev sahibi ABŞ, Paraqvay və Avstraliya ilə eyni qrupda (D qrupu) mübarizə aparacaqlar.