Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.30.2026 | 17:36 | Baxılıb: 1017
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundunda son oyununa çıxıb.

“gece.ws” xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstanın Plovdiv şəhərindəki üçüncü görüşündə Malta yığması ilə qarşılaşıb.

“Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçirilən matç 2:2 hesablı heç-heçə başa çatıb. Komandamızın heyətində ilk qolu 57-ci dəqiqədə Əli Bəşirov vurub, 72-ci dəqiqədə isə rəqibin oyunçusu avtoqola imza atıb.

Bununla millimiz qrupu 3 xalla üçüncü pillədə tamamlayıb.

Qeyd edək ki, U-17 qrupdakı ilk iki oyununda Bolqarıstan (1:1) və Litva (0:0) yığmaları ilə heç-heçə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.