
“gece.ws” xəbər verir ki, iki yük maşınının toqquşması nəticəsində ağır xəsarətlər alan Siyəzən rayon sakini 1977-ci il təvəllüdlü Babək Şükür oğlu Abbasov ölüb.
Bildirilib ki, onun oğlu Nihat Abbasov da 2023-cü ildə avtomobil qəzasında həlak olub.
Qeyd edək ki, “MAN” və “HOWO” markalı yük avtomobillərinin toqquşması nəticəsində daha bir nəfər xəsarət alıb.