Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.10.2026 | 14:45 | Baxılıb: 16641
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında üçəm dünyaya gəlib.

“gece.ws” xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu paylaşım edib.

O bildirib ki, tibb müəssisəsinin nəzdində fəaliyyət göstərən Lənkəran Regional Perinatal Mərkəzinə müraciət edən 1992-ci il təvəllüdlü hamilə qadın fevralın 9-u Doğum şöbəsinə yerləşdirilib: “Pasiyent üzərində həyata keçirilən qeysəriyyə əməliyyatı ilə üçəmlərin doğuş prosesi uğurla icra olunub. Üçəmlərin çəkiləri müvafiq olaraq 2, 2.1 və 2.0 kq., boyları isə 40, 41 və 42 sm. olub. Onlardan ikisi oğlan, biri qızdır. Hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir”.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü qadının üçəmlərə qədər iki oğlan və bir qız övladı var. Çoxuşaqlı ananın əvvəlki övladlarından bir qız və bir oğlan da əkiz hamiləliklə dünyaya gəlib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.