Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.03.2026 | 13:49 | Baxılıb: 1392
Ucar rayonunda qəsdən yanğın törədən şəxs müəyyən edilərək barəsində hüquqi tədbirlər görülüb.

“gece.ws” xəbər verir ki, rayonun Bağırbəyli kəndi ərazisində baş vermiş yanğın hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən araşdırmalar aparılıb.

Nəticədə hadisənin kənd sakini T.Zülfüqarov tərəfindən qəsdən törədildiyi müəyyən edilib.

Hadisə nəticəsində 2 hektar ərazidə quru otlaq sahəsi yanıb.

Faktla bağlı əməli törədən şəxs barəsində qanunvericiliyə uyğun hüquqi məsuliyyət tədbirləri görülüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.