Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.17.2026 | 09:20 | Baxılıb: 2571
Xəbər verdiyimiz kimi, avqustun 16-na keçən gecə Ucar rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“gece.ws"in məlumatına görə, Bakı-Qazax magistralının rayonun Ramal kəndindən keçən hissəsində  baş vermiş qəzada ölənlər Mingəçevir şəhər sakinləri olub.

Belə ki, “Ford Transit” markalı kiçiktutumlu yük maşınında hərəkət edən Elnur Mirzəyev və Aqil Əhmədov kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olublar. Onlar məhsulları Mingəçevirə apararkən avtomobil “Kamaz” markalı yük maşınına çırpılıb. Nəticədə, hər iki şəxs həlak olub.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.