Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.20.2026 | 02:56 | Baxılıb: 8003
UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarına start verilib.

“gece.ws” xəbər verir ki, bu mərhələnin ilk səkkiz oyunu keçirilib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmalardan biri “Seltik” (Şotlandiya) və “Ştutqart” (Almaniya) klubları arasında baş tutub. Almanlar səfərdən sərfəli nəticə ilə qayıdırlar - 1:4.

Fransada isə “Lill” Serbiya təmsilçisi “Srvena Zvezda”nı sınağa çəkib. Matç qonaqların sürpriz qələbəsi ilə yekunlaşıb - 0:1.

Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

“Brann” (Norveç) – “Bolonya” (İtaliya) - 0:1;

“Dinamo Zaqreb” (Xorvatiya) – “Genk” (Belçika) - 1:3;

PAOK (Yunanıstan) – “Selta Viqo” (İspaniya) - 1:2;

“Fənərbaxça” (Türkiyə) – “Nottinqem Forest” (İngiltərə) - 0:3;

“Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) - 2:1;

“Panatinaikos” (Yunanıstan) – “Viktoriya Plzen” (Çexiya) - 2:2.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.