Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
UEFA “Real”ın futbolçularını cəzalandırdı
 
						UEFA “Real”ın futbolçularını cəzalandırdı
Əlavə olunub: 04.04.2025 | 20:50 | Baxılıb: 2281
“Real”ın futbolçuları Kilian Mbappe, Antonio Rüdiger və Daniyel Sebalyos cəzalandırılıb.

“gece.ws” bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Buna səbəb onların Çempionlar Liqasının 1/8 final mərhələsində “Atletiko”ya qarşı cavab oyununda qeyri-etik davranışları olub.

Rüdiger 40 min avro, Mbappe isə 30 min avro cərimələnib. Həmçinin, hər iki futbolçuya UEFA turnirlərində bir oyunluq şərti diskvalifikasiya cəzası verilib. Bu, onların il ərzində yenə də qeyri-etik davranış göstərdikləri halda real diskvalifikasiyaya çevriləcək.

Səbalyos isə 20 min avro məbləğində cərimə alıb, lakin diskvalifikasiya tətbiq edilməyib.

Qeyd edək ki, əvvəlcə etik və intizam məsələləri üzrə inspektor “Real”ın hücumçusu Vinisius Júniorun həmin oyundakı davranışlarını da araşdırmışdı, amma nəticədə braziliyalı futbolçuya qarşı heç bir iş açılmayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.