Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.04.2025 | 18:56 | Baxılıb: 1158
Albaniya, Moldova, Ukrayna və Monteneqro da daxil olmaqla yeni ölkələr 2030-cu ilə qədər Avropa İttifaqına (Aİ) qoşula bilər.

“gece.ws” TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Xarici İşlər Xidmətinin rəhbəri Kaya Kallas Brüsseldə mətbuat konfransında deyib.

“Biz 2030-cu ilə qədər Aİ-yə daxil olmağı yeni ölkələr üçün real məqsəd hesab edirik”, - o, Avropa Komissiyasının (AK) illik hesabatını təqdim edərkən bildirib.

Kallas vurğulayıb ki, Aİ yuxarıda adı çəkilən dörd ölkənin ən yaxşı perspektivlərə malik olduğuna inanır.

Onun sözlərinə görə, Aİ-yə mümkün üzvlük Ukrayna üçün “mühüm təhlükəsizliyin təminatına” çevrilə bilər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.