
“gece.ws” “Ukrinform” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ali Radanın sədri Ruslan Stefançuk bildirib.
Onun sözlərinə görə, İttifaqa üzvlük çərçivəsində dövlətin səlahiyyətlərinin bir hissəsini Aİ orqanlarına ötürmək nəzərdə tutulub.
“Aİ-yə gedərkən biz başa düşməliyik ki, müəyyən səlahiyyətləri onun orqanlarına ötürəcəyik. Buna görə də bu, Ukrayna konstitusiyasında da öz əksini tapmalıdır”, - Stefançuk deyib.
Bununla belə, o, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir zamanda əsas qanuna hər hansı dəyişikliklərin edilməsinin mümkün olmadığını diqqətə çatdırıb.
“Hərbi əməliyyatlar başa çatdıqdan sonra dəyişikliklər Ukrayna cəmiyyətində müzakirə olunmalıdır”, - Ali Rada sədri əlavə edib.