Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.19.2026 | 10:07 | Baxılıb: 1600
“Ukrayna “Dnestryanı Respublika” ilə sərhəddə mühəndis qurğuları yerləşdirir və minalar basdırır”.

“gece.ws” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu iddia ilə tanınmamış respublikanın Dövlət Təhlükəsizliyi Nazirliyinin “rəhbər”i Valeri Qebos çıxış edib. 

Onun sözlərinə görə, Kiyev sərhəd boyunca minalardan əlavə, tank əleyhinə beton “əjdaha dişləri”nin yerləşdirilməsini və tikanlı məftilərin çəkilməsini həyata keçirib. Bununla belə, Ukrayna tərəfinin tanınmamış respublika ilə sərhəddə hər hansı digər aktiv hərəkətlərinin müşahidə edilmədiyi qeyd olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.