Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ukraynada polkovniki Azərbaycan vətəndaşları qətlə yetirib?
 
						Ukraynada polkovniki Azərbaycan vətəndaşları qətlə yetirib?
Əlavə olunub: 07.14.2025 | 10:08 | Baxılıb: 4933
Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniçin qətlində Azərbaycan vətəndaşlarının əli olduğu iddia olunur. 

“gece.ws” xəbər verir ki, bu barədə Ukraynanın “Senzor” nəşrinin baş redaktoru Yuri Butusov sosial şəbəkədə məlumat yayıb.

Həmin şəxsin 1981-ci il təvəllüdlü Xaqani Güləlizadə olduğu və Ukraynaya qeyri-qanuni yolla gəldiyi bildirilir. Belə ki, bu ilin fevralında həmin şəxs Ukrayna sərhədini keçməyə cəhd edib, lakin onun ölkəyə girişi 2030-cu ilə qədər qadağan edilib. Onun tərəfdaşı isə may ayında Moldovadan Ukraynaya gələn 1991-ci il təvəllüdlü Nərmin Quliyeva olub.

Xatırladaq ki, Voroniç ötən həftə Kiyevdə güllələnib

Daha sonra Ukrayna Təhlükəsizlik Xidməti Voroniçin qatilləri olduğu iddia edilən şəxslərin zərərsizləşdirildiyini açıqlayıb. Ukrayna xüsusi xidmət orqanları hər iki şübhəlini Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) göstərişi ilə işləyən agentləri hesab edir. Lakin hələlik bununla bağlı hər hansı sübutlar təqdim olunmayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.