Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.17.2026 | 00:15 | Baxılıb: 926
Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) Xmelnitski vilayətində hərbi təyyarəsi qəzaya uğrayıb.

“gece.ws” xəbər verir ki, bu barədə Ukrayna HHQ-nin rəsmi “Telegram” kanalında bəyanat yayılıb.

Bəyanatda bildirilir ki, hadisə iyunun 16-sı saat 19:00 radələrində qeydə alınıb. Ukrayna Silahlı Qüvvələrinin Pyotr Franko adına 7-ci taktiki aviasiya briqadasına məxsus “Su-24M” cəbhə bombardmançı təyyarəsi Xmelnitski vilayətində tapşırıq yerinə yetirərkən qəzaya uğrayıb.

Qəza nəticəsində təyyarənin ekipaj üzvləri – pilot, mayor Boqdan Zaqurlyuk və şturman, baş leytenant Boqdan Babenko həlak olublar.

Hazırda təyyarənin düşdüyü ərazidə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. İlkin məlumatlara görə, qəza zamanı mülki əhali arasında xəsarət alan olmayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.