Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ukraynadakı döyüşlərdə daha bir həmyerlimiz həlak oldu
 
						Ukraynadakı döyüşlərdə daha bir həmyerlimiz həlak oldu
Əlavə olunub: 07.13.2025 | 23:08 | Baxılıb: 3707
Ukraynada gedən döyüşlərdə daha bir Azərbaycan əsilli hərbi qulluqçu həlak olub.

“gece.ws” “Musavat.com”a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Mehdiyeva Əminə Əli qızı iyulun 9-da döyüş tapşırığını yerinə yetirərkən Dnepropetrovsk vilayətinin Sinelnıki rayonunun Novopavlivka qəsəbəsi yaxınlığında ölüb.

Əminə A2167 saylı hərbi hissənin mexanikləşdirilmiş batalyonunda tibb məntəqəsinin sanitar təlimatçısı vəzifəsində xidmət edib.

O, Ukrayna ordusunda yalnız tibb personalı kimi deyil, eyni zamanda döyüşçü kimi ön cəbhədə əsgərlərlə birgə mübarizə aparıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.