Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ukraynaya silah tədarükü ilə bağlı yeni planı təqdim edəcək
 
						Ukraynaya silah tədarükü ilə bağlı yeni planı təqdim edəcək
Əlavə olunub: 07.14.2025 | 10:26 | Baxılıb: 506
ABŞ Prezidenti Donald Tramp bu gün Ukraynaya silah tədarükü planını təqdim etmək niyyətindədir.

“gece.ws” xəbər verir ki, bu barədə “Axios” nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Tramp bu gün NATO-nun baş katibi Mark Rutte ilə görüşəcək.

O, görüşdə Ukraynanın silahlandırılması üzrə yeni planı təqdim edəcək. Planda hücum xarakterli silahların yer alması da gözlənilir.

Nəşr vurğulayıb ki, bu, Trampın siyasətində ciddi dönüş nöqtəsi olacaq.

ABŞ lideri daha əvvəl bəyan etmişdi ki, Vaşinqton Kiyevə silah göndərəcək, lakin silahlar əsasən müdafiə xarakterli olacaq.

Qeyd olunub ki, Trampın planında Ukraynaya Moskvadakı hədəflərə çata bilən uzaqmənzilli raketlərin təhvil verilməsi ilə bağlı bənd də ola bilər.

Onu da bildirək ki, Tramp ötən gün jurnalistlərə açıqlamasında ABŞ-nin Ukraynaya əlavə silahlar və “Patriot” sistemləri üçün raketlər göndərəcəyini bildirib. Onun sözlərinə görə, bu silahların ödənişini Avropa İttifaqı həyata keçirəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.