Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ulduz futbolçunun bəraət almasına görə etiraz aksiyası keçirildi
 
						Ulduz futbolçunun bəraət almasına görə etiraz aksiyası keçirildi
Əlavə olunub: 04.01.2025 | 10:10 | Baxılıb: 1917
Xəbər verdiyimiz kimi, “Barselona”nın və Braziliya millisinin zorlamada ittiham olunan sabiq futbolçusu Dani Alveş bəraət alıb.

“gece.ws"in məlumatına görə, bundan sonra Barselona şəhərində yüzlərlə qadın etiraz aksiyasına başlayıb. 

Onlar futbolçunun bəraət almasına etiraz ediblər. 

Aksiya “Utanc və cəzasızlıq”, “Sənə inanırıq, bacı” şüarları altında keçirilib. 

Xatırladaq ki, 2024-cü ilin fevralında Alveş zorlamada ittiham olunaraq 4,5 il azadlıqdan məhrum edilmişdi. Onun vəkilləri qərardan şikayət vermişdi.

Ötən ilin martında idmançı 14 ay həbsdə qaldıqdan sonra 1 milyon avro girov müqabilində həbsdən azad edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.