
“gece.ws” xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Sabah”la keçiriləcək Azərbaycan Kubokunun final görüşündən öncə baş tutan mətbuat konfransında deyib:
“Sevinirəm ki, çempionatımızda belə məşqçimiz var. Ustalığına, bacarığına çox böyük hörmət edirəm. Ümid edirəm ki, bir gün eyni şərtlərlə qarşılaşarıq. Bu oyun mənim üçün daha maraqlı olar. Onun və mənim edəcəyim həmlələr məşqçilik baxımından daha maraqlı olacaq”.