
“gece.ws” xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, ərazidə antisanitar şərait hökm sürür: “O tərəflərə baxanda adam qorxur. Bu bina bu qədər icarəyə verilib, “ASAN Xidmət”in ofisi var. Belə şey olar? Bu nə antisanitariya, biabırçılıqdır? Buranın rəhbərliyi hara baxır? Ümumiyyətlə, bura baxan var?”