Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.17.2025 | 15:48 | Baxılıb: 4009
Xəbər verdiyimiz kimiötən gün Cəlilabad rayonunun Xəlilabad kəndində 17 yaşlı S.Ə. sinif yoldaşı, yaşıdı Kənan İmanzadəyə bıçaqla xəsarət yetirib. Ağır yaralanan yeniyetmə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

“gece.ws"in məlumatına əsasən, İTV-yə danışan Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkimi bildirib ki, Kənan Əhəd oğlu İmanzadə döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş boşluğa keçən yarası ilə xəstəxanaya qəbul olunub.

“Xəstəyə baxıldı və təcili əməliyyata salındı. Torakotomiya olunduqdan sonra ürəyinin sağ mədəciyinin kəsilmiş-deşilmiş yarası, ürəyin tamponadası aşkarlandı. Ürək yarası tikildi. Aparılan reanimasyon tədbirlərə baxmayaraq, ölüm halı qeydə alındı”, - deyə həkim əlavə edib.

Daha ətraflı videomaterialda:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.