Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.25.2026 | 12:40 | Baxılıb: 926
Yeni mövsümə hazırlıqlarını davam etdirən “Kəpəz” daha bir transferi rəsmiləşdirib.

“gece.ws” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Gəncə təmsilçisi 33 yaşlı müdafiəçi Urfan Abbasovu heyətinə qatıb. 

Təcrübəli futbolçu ilə müqavilənin müddəti mövsümün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, U.Abbasovun son klubu “Araz-Naxçıvan” olub. O, ötən mövsüm ərzində ümumilikdə 26 oyunda meydana çıxıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.