Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.26.2026 | 12:44 | Baxılıb: 2430
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen 1 iyulda Azərbaycana gələcək.

“gece.ws” xəbər verir ki, bu barədə “AnewZ” telekanalı xəbər verir.

Məlumata əsasən, bu səfər Avropa Komissiyası sədrinin Ermənistana səfərindən sonra baş tutacaq və onun 2022-ci ilin iyulundan bəri Azərbaycana ilk səfəri olacaq.

Qarşıdakı səfər zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin cari vəziyyəti və perspektivlərinin, enerji əməkdaşlığının, eləcə də regional proseslərin müzakirə olunacağı gözlənilir.

Brüsselin Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələri gücləndirmək səyləri fonunda baş tutacaq regional səfərdə Ursula fon der Lyayeni Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos müşayiət edəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.