Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.28.2025 | 09:37 | Baxılıb: 3770
“Noyabrın 21-i ailəmizlə keçirdiyimiz növbəti gözəl axşam olmalı idi. Bunun əvəzinə, ailəmizdə faciə baş verdi”.

“gece.ws” xəbər verir ki, bunu Yasamaldakı yanğında həlak olan binanın sakini və komendantı Samir Məhəmmədovun həyat yoldaşı Marta Ramazanova feysbuk hesabında yazıb. 

Kiçik övladının həkimlərin səyi nəticəsində xilas edildiyini vurğulayan M.Ramazanova hələ də xəstəxanada müalicə aldıqlarını, 4 yaşlı övladının oksigen aparatına qoşulu olduğunu bildirib. 

Ana qeyd edib ki, hadisədən artıq 6 gün keçməsinə baxmayaraq, hələ də ciyərlərindən qara his gəlir: “4 yaşlı uşağın ağciyərlərində nəyin baş verdiyini təsəvvür etmək isə daha qorxuludur. Qoxu saçlarımdan getmir, hər saniyə mənə o dəhşətli axşamı xatırladır. Lakin baş verə biləcək ən dəhşətli şey budur: ideal ata, sevən ər, gözəl dost, məsuliyyətli işçi və nəhayət, ölkəsinin dürüst vətəndaşı həlak oldu. O, artıq yoxdur. Bütün həyatımız bir gecədə dəyişdi. Dəyişən tək bizim həyatımız olmadı. Uşaqlarımın dostu, balaca Arzu da artıq yoxdur.

Biz, binanın sakinləri “bomj” kimi yaşayırıq. Əşyalarımızı paketlərə və çamadanlara yığırıq. Harada bacarsaq, orada sığınacaq tapırıq. Yaşamağa yerimiz yoxdur. Yeni il bayramını da harada və necə keçirəcəyimiz bəlli deyil. Uşaqlar nə baş verdiyini anlamır. Atalarının harada olduğunu və evə nə vaxt qayıdacağımızı soruşurlar. Onlara nə cavab verəcəyimi bilmirəm. Lakin sonra başa salmalı olacağam ki, səbəb atalarının ədalətə nail olmağa çalışmasındadır. Amma onu dinləmədilər. Ümid edirəm ki, o, sonuncu dəfə eşidiləcək. Təqsirkarlar qanunauyğun şəkildə sərt cəzalandırılmalıdır!”

M.Ramazanova xəstəxanada çəkdiyi fotoları da paylaşımına əlavə edib. 

Qeyd edək ki, yanğında həlak olan Samir Məhəmmədov “Kapital Bank”da layihə meneceri olaraq çalışıb. Bədbəxt hadisə zamanı onun ailə üzvləri də tüstüdən zəhərləniblər. 2021-ci il təvəllüdlü oğlu Məhəmməd Mikayıl, digər oğlu Daniel və həyat yoldaşı Marta Ramazanova özəl xəstəxanalardan birinə köçürülüblər.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.