Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.27.2026 | 07:45 | Baxılıb: 4928
Hollivudun əfsanəvi cütlüyü Ancelina Coli və Bred Pitt arasındakı münasibətlərin pozulması onların uşaqlarına da təsir edib.

“gece.ws” xəbər verir ki, cütlüyün övladları atasının soyadını istifadə etməyi dayandıraraq, yalnız analarının soyadını daşımağa başlayıblar.

Ən son olaraq böyük oğulları Maddoks anasının yeni filmi “Couture”da rejissor köməkçisi kimi işləyərkən titrlərdə “Pitt” soyadını çıxarıb. Artıq filmin istehsal qeydlərində o, yalnız Maddoks Coli kimi göstərilir və əvvəlki “Coli-Pitt” soyadından tamamilə imtina edib.

Maddoks tək deyil. Cütlüyün digər uşaqları da oxşar addımlar atıb. Belə ki, Şiloh 18 yaşına çatdıqdan sonra rəsmi olaraq Şiloh Coli adını qəbul edib, Zahara kollecdə Zahara Marley Coli kimi tanınaraq, atasının soyadını istifadə etməyib, Vivyen “Broadway” müziklında yalnız Vivyen Coli adı ilə çıxış edib.

Beləliklə, Maddoks bu addımı atan dördüncü uşaq olub.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.