Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.25.2026 | 18:09 | Baxılıb: 3465
Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldo dünya çempionatında daha bir maraqlı detalla diqqət mərkəzinə düşüb.

“gece.ws” xəbər verir ki, təcrübəli hücumçunun mundial matçlarında geyindiyi xüsusi dizaynlı butslarında 5 övladının adı yer alıb.

Ulduz futbolçunun ayaqqabılarının üzərinə Eva Maria, Alana Martina, Bella Esmeralda, Mateo və Kriştianu Juniorun adları həkk olunub.

Xatırladaq ki, portuqaliyalı ulduz turnir çərçivəsində keçirilən son matçda dubl edərək komandasının 5:0 hesablı darmadağınına böyük töhfə verib. Bundan əlavə, Ronaldo 6 DÇ tarixində qol vuran yeganə oyunçu olaraq rekorda imza atıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.