Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.08.2026 | 07:06 | Baxılıb: 7370
Türkiyədə yayımlanan “Uzak Şehir” serialında mövsüm finalına yaxın yeni ayrılıqlar gündəmə gəlib.

“gece.ws"in xəbərinə görə, serialın heyətində baş verən dəyişikliklər tamaşaçılar arasında böyük maraq doğurub.

Məlumata görə, serialda “Şahin Albora” obrazını canlandıran Alper Çankaya mövsüm finalı ilə birlikdə layihədən ayrılacaq. İddialara əsasən, aktyorun ayrılığı öz istəyi ilə baş tutacaq.

Eyni zamanda, serialda Boran obrazını canlandıran Burç Kümbetlioğlu da mövsümün sonunda komandadan ayrılan adlar sırasında göstərilir. Aktyorun gələcək mövsümdə layihədə yer alıb-almayacağı isə hələ də dəqiqləşməyib.

Serialın mövsüm finalının 63-cü bölümdə olacağı bildirilir. Yayım planında dəyişiklik olmazsa, “Uzak Şehir” 25 may tarixində mövsüm fasiləsinə çıxacaq.

“Uzak Şehir” “AyNa Yapım” tərəfindən istehsal olunur və baş rollarda Ozan Akbaba ilə Sinem Ünsal yer alır. Serialın süjeti isə Kanadadan Mardinə gələn Alya Alboranın ailə keçmişi ilə üzləşməsi və yaşadığı dramatik hadisələr ətrafında cərəyan edir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.