Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.29.2026 | 16:00 | Baxılıb: 1829
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə “gece.ws”ya DİN-dən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 55 yaşlı Əsəd Musazadə saxlanılıb.

Ondan narkotik vasitə olan heroin, eləcə də qanunsuz olaraq əldə edib saxladığı “Makarov” markalı tapança və patronlar aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, Ə.Musazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırm aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.