
“gece.ws"in məlumatına görə, 37 yaşlı Dalazen hadisənin baş verdiyi anları kameraya çəkib.
O, dalarkən köpəkbalıqlarının qeyri-adi davrandığını və səthə yaxın üzdüyünü müşahidə etdiyini bildirib.
Dalazenin sözlərinə görə, qəfil ayağında güclü təzyiq hiss edib. Uzunluğu 2 metrdən çox olan köpəkbalığı onu budundan dişləyərək su altında sürükləyib. Bir neçə saniyə sonra heyvan qadını buraxıb.
Dalazen sudan öz gücü ilə çıxmağı bacarıb. Hücum nəticəsində onun bud nahiyəsində dərin yaralar yaranıb.
Dalazen daha sonra tur təşkilatçılarının köpəkbalıqlarını turistlərə yaxınlaşdırmaq və onlarla qarşılıqlı əlaqəni təmin etmək məqsədilə yemlədiyini öyrəndiyini bildirib.
O, ərazidə çox sayda köpəkbalığının olduğunu və onların davranışlarının adi haldan fərqləndiyini qeyd edib.
Sosial media fenomeni hücum zamanı köpəkbalığına toxunmadığını, lakin heyvana çox yaxın olduğunu deyib.
Dalazen hadisəni “çox qorxulu” adlandırıb. Hücum anlarını əks etdirən görüntüləri sosial media hesabında paylaşdıqdan sonra video qısa müddətdə geniş yayılıb və milyonlarla dəfə izlənilib.