Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.04.2026 | 01:53 | Baxılıb: 1896
Zərifliyi və özünəməxsus tərzi ilə Türkiyə kinosunun ən dəyərli simalarından olan Nebahat Çehrenin yeni layihəsi bəlli olub.

“gece.ws” xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddətdir gələn çoxsaylı təklifləri geri çevirən usta aktrisa, nəhayət, “Poll Films” şirkətinin rəhbəri Polat Yağcı ilə razılığa gəlib.

Belə ki, N. Çehre “Star TV”də yayımlanacaq “Düğünümüz Var” serialı ilə setlərə geri dönür.

Janrı komediya olan serialda aktrisa gözlənilməz tərəfləri olan sürprizli “Feryal” obrazına həyat verəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.