Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.11.2025 | 01:53 | Baxılıb: 1711
Şahzadə Harrinin Böyük Britaniya kralı III Çarlzla 19 ayda ilk şəxsi görüşü olub.

“gece.ws” xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri Bukinqem sarayının nümayəndəsinə istinadən məlumat yayıb.

Ata və oğul arasında görüş kral ailəsinin Vestminster iqamətgahı olan “Clarence House”da baş tutub. Görüşün 54 dəqiqə davam etdiyi bildirilir.

Qeyd edilir ki, III Çarlz Londona xərçəngdən müalicə aldığı Aberdinşirdən sentyabrın 8-də, Şahzadə Harrinin Böyük Britaniyaya dörd günlük səfərinin son günündə gəlib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.