Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.11.2026 | 09:32 | Baxılıb: 1527
Pakistanın paytaxtı İslamabadda ABŞ və İran arasında planlaşdırılan danışıqlar ərəfəsində genişmiqyaslı təhlükəsizlik tədbirləri tətbiq edilib.

“gece.ws” xəbər verir ki, bu barədə məlumatı “Dawn” qəzeti yayıb. 

İran və ABŞ nümayəndə heyətlərinin təhlükəsizliyini təmin etmək üçün şəhərə 10 mindən çox təhlükəsizlik qurumlarının əməkdaşı cəlb olunub.

Yol hərəkətinin tənzimlənməsi üçün isə İslamabadın yol polisi və milli avtomobil yolları xidmətinin əməkdaşları səfərbər edilib.

Həmçinin hökumət binalarının ətrafında mühafizə xidməti gücləndirilib və əlavə təhlükəsizlik qüvvələri yerləşdirilib.

Xatırladaq ki, bu gün İslamabadda ABŞ və İran nümayəndələri arasında görüş keçirilməsi planlaşdırılır.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.