Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.06.2026 | 08:27 | Baxılıb: 2819
İspaniya millisinin ulduz futbolçusu Qavi verdiyi vədi yerinə yetirib. Gənc yarımmüdafiəçi İspaniya dünya kubokunu qazandığı təqdirdə saçlarını çəhrayı rəngə boyayacağını açıqlamışdı və çempionluqdan sonra bu addımı atıb.

“gece.ws” xəbər verir ki, Qavi yeni görünüşünü sosial şəbəkə hesabında paylaşaraq “Sözünün üstündə duran adam” ifadəsini yazıb.

Futbolçunun paylaşımı qısa zamanda böyük maraq doğurub və azarkeşlər tərəfindən çoxsaylı reaksiyalar alıb.

İspaniya millisinin futbolçusu turnirdən əvvəl verdiyi vədlə diqqət çəkmişdi. O, komanda çempion olacağı halda saç rəngini dəyişəcəyinə söz vermişdi.

Qeyd edək ki, İspaniya millisinin müdafiəçisi Mark Kukurelya çempion olacaqları təqdirdə baş məşqçi Luis de la Fuentenin üzünü bədəninə döymə etdirəcəyini açıqlamış və bu yaxınlarda vədini yerinə yetirmişdi.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.