Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.28.2026 | 23:11 | Baxılıb: 978
Venesuelada baş verən güclü zəlzələdən sonra aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində 33 nəfər dağıntılar altından sağ çıxarılıb.

“gece.ws” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes göstərdikləri dəstəyə görə xarici ölkələrin axtarış-xilasetmə qruplarına minnətdarlığını bildirib.

Qeyd edək ki, təbii fəlakətdən sonra ölkədə 40 minə yaxın insan hələ də itkin düşmüş hesab olunur.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geologiya Xidməti (USGS) isə daha sonra cəmi 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki güclü yeraltı təkanın qeydə alındığını açıqlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.